Region
Separatçı bölgələr arasında gömrük ləğv edildi
Xerson vilayəti ilə Krım arasında dövlət sərhədi inzibati sərhəd statusu alıb, gömrük nəzarəti həyata keçirilmir.
Publika.az xəbər verir ki, bu barədə "ria novosti"yə müsahibəsində Rusiyanın Xersonda yaratdığı hərbi-mülki administrasiyanın rəhbərinin müavini Kirill Stremousov bildirib.
“Dövlət sərhədi inzibati xarakter alıb. Amma bizin cəbhə bölgəsi olduğumuzu nəzərə alsaq, sərhəd xidməti və Federal Təhlükəsizlik Xidməti nəzarət-buraxılış məntəqələrində filtrasiya üçün işləyirlər. Məqsəd diversantların qarşısını almaqdır, amma gömrük yoxdur”, - deyə o bildirib.
Buraxılış məntəqələrində artıq gömrük nəzarəti və rəsmiləşdirilməsi yoxdur.
Rusiyanın tərkibinə daxil olan digər bölgədə, "LXR"də isə gömrüyün ləğvinin uzun və çətin proses olduğunu bildiriblər. "LXR"in Moskvadakı nümayəndəsi Rodion Miroşnikin sözlərinə görə, proses bir neçə ay çəkə bilər.
Bundan əvvəl Dövlət Dumasında Rusiya ilə onun yeni əraziləri arasında gömrük nəzarətinin yaxın gələcəkdə aradan qaldırıla biləcəyi bildirilmişdi. Bununla belə, “hansısa formada” sərhədlər qalacaq.
"Aydındır ki, orada çox tezliklə gömrük olmayacaq, sərhədlər isə dövlətimizin təhlükəsizliyidir, onlar hansısa formada mövcud olacaqlar", - deyə Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini Viktor Vodolatski bildirmişdi.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO











.jpg)





















