Region
Türkiyə qaz layihəsinin icrasına başladı
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz bildirib ki, Rusiya-Türkiyə qaz qovşağı layihəsi üzərində işlərə başlanılıb.
Publika.az xəbər verir ki, o, bu barədə “TVnet” telekanalının efirində bildirib.
Bildirilib ki, 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Avropaya qaz nəqli üçün qovşağın yaradılmasını təklif edib.
"Bizim ilkin hazırlıq müddətimiz bir ildir, indi infrastrukturu, detalları qiymətləndiririk", - deyə Dönməz vurğulayıb.
Nazir deyib ki, Ankara bu layihədən yararlanmaq niyyətindədir və bunun üçün bütün imkanlar var. O, təklif edib ki, zamanla Avropa ölkələri bu mərkəzə maraq göstərə bilər.
Qeyd edək ki, ötən ilin dekabrında Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, həm türk həmkarları ilə, həm də müxtəlif ölkələrdən olan digər mümkün iştirakçılarla Türkiyədə qaz qovşağının formalaşdırılması istiqamətində fəal iş aparılır.
Ayşən
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması












.webp)















.jpg)
.jpg)


