Region
Seçkidə II turun sirli tarixi - Ərdoğan İstanbulun fəthi gününə hazırlaşır
Türkiyədə prezident seçkilərinin 28 mayda keçiriləcək II turunun tarixi ciddi müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, 14 ayda keçirilən prezident seçkilərində heç bir namizəd 50+1 faiz səs qazana bilmədiyi üçün II tur qanunvericiliyə görə iki həftə sonra keçirilməlidir. Bu, 28 may tarixinə düşür, 29 may isə İstanbulun fəthinin ildönümüdür.
Fatih Sultan Məhmət 53 günlük mühasirədən sonra 1453-cü ilin 29 mayında İstanbulu fəth etmişdi. Türkiyədə II turda Ərdoğanın böyük üstünlüklə qazanacağını və 29 mayın milli iradəyə qarşı çıxanlar üzərində fəth tarixi olacağı müzakirə olunur. Seçki kampaniyasını Ayasofyada namaz qılaraq bitirən Ərdoğanın seçkini qazanacağı təqdirdə - 29 may tarixində yenə bu məsciddə namaz qılacağı deyilir.
Qeyd edək ki, Sultan Məhmət İstanbulu fəth edəndən sonra Ayasofyanı məscid etmişdi. Osmanlı imperiyası dağılandan sonra məscid muzeyə çevrildi. 2020-ci ildə Ərdoğanın qərarı ilə Ayasofya yenidən məscid olaraq fəaliyyətə başladı.
Asif
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)