Region
Paşinyan: Beynəlxalq ictimaiyyət tələb edir ki, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyaq
“Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Bu gərginliyin aradan qaldırılması üçün sülh əsas üsuldur”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağı ümid edirik. Beynəlxalq ictimaiyyət getdikcə daha çox tələb edir ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü qeyd-şərtsiz tanınsın. Müvafiq olaraq, Bakı ilə Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və danışıqlar aparırıq, Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq. Eyni zamanda, mən əminəm ki, Ermənistan Respublikasının təhlükəsizliyinin strateji təminatı sülhdür. Xalqımızın istədiyi və gözlədiyi budur. İqtisadi və büdcə göstəriciləri, cəmiyyətin və iqtisadiyyatın hökumətimizin sülh proqramına reaksiyasıdır”, - Paşinyan bildirib.
Ayşən
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO









.jpg)
.jpg)
.jpg)




















