Məkkə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək - Hakan Fidan açıqladı
Bizi izləyin

Region

Məkkə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək - Hakan Fidan açıqladı

Məkkə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək - Hakan Fidan açıqladı

Məkkə Paktının Strateji, Siyasi və Müdafiə Komitəsinin növbəti toplantısına Türkiyə ev sahibliyi edəcək.

Publika.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə alyansın komitəsinin İslamabadda baş tutan ikinci iclasının nəticələrini şərh edərkən məlumat verib.

Nazir bildirib ki, indiyədək alyans çərçivəsində biri növbədənkənar, ikisi isə planlı olmaqla üç iclas keçirilib. Onun sözlərinə görə, təşkilatın katibliyinin və birgə hərbi qərargahının yaradılması ilə bağlı qərarlar qəbul olunub və həmin qərarların böyük əksəriyyəti son toplantıda təsdiqlənib.

Hakan Fidan qeyd edib ki, razılaşdırılmamış bəzi məsələlər Türkiyədə keçiriləcək növbəti iclasda müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm