Region
İran iki nüvə mərkəzinin arasında nə inşa edir? - Peyk görüntüləri yayıldı
İran ölkənin ən vacib iki nüvə mərkəzi arasında yerləşən İsfahan və Natanzda əvvəllər məlum olmayan ərazidə yeni obyekt inşa edir.
Publika.az xəbər verir ki, bu barədə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu yeni peyk görüntülərinin təhlilinə istinadən bildirib.
Mütəxəssislərin fikrincə, Tehran İsfahan nüvə kompleksi ilə Pikaks dağı (Natanz yaxınlığında) arasında təxminən 65 km məsafədə yerləşən Behcətabad yaşayış məntəqəsi yaxınlığında dərinlikdə yerləşən obyektin ətrafında qoruyucu hasarın tikintisinə başlayıb.
Natanz İranın ən böyük məşhur uranı zənginləşdirmə mərkəzidir. O, həm 2025-ci ilin iyun ayında qısamüddətli münaqişə zamanı, həm də 2026-cı ilin fevralında hərbi əməliyyatların başlamasından sonra ABŞ tərəfindən hücuma məruz qalıb.
İran iddia edir ki, İsfahanda uran zənginləşdirmə zavodu yerləşir - bu kompleksə kimyəvi laboratoriya, nüvə yanacağı istehsalı qurğusu və sentrifüq emalatxanası da daxildir. Həmçinin müşahidəçilərin fikrincə, Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının əhəmiyyətli hissəsini saxladığı geniş tunel şəbəkəsinə malik olduğu hesab edilir.
Qeyd edək ki, 60 %-ə qədər zənginləşdirilmiş uran mülki nüvə proqramları üçün tələb olunan səviyyələri xeyli üstələyir və silah səviyyəsindən cəmi bir texniki addım uzaqdır. BMT ekspertləri İranın təxminən 440 kq 60 %-ə qədər zənginləşdirilmiş uran ehtiyatına sahib olduğunu təxmin edirlər.
Amerikanın alatitik mərkəzinin məlumatına görə, tikintisi başa çatdıqdan sonra Behcətabad yaxınlığındakı obyekt təxminən 49 kvadrat kilometr ərazini əhatə edəcək. Amma buna baxmayaraq, onun dəqiq təyinatı hələ də məlum deyil.
Bildirilir ki, 24 noyabr tarixli peyk görüntüləri, ekspertlər tərəfindən təhlil edilib. Görüntülər bir neçə nəzarət məntəqəsini, perimetr hasarı, azı dörd aktiv tunel girişi və partlayıcı maddələrin saxlanması üçün nəzərdə tutulmuş ərazini göstərir.
Mütəxəssislər bu obyektin yerləşdiyi yer və tunel girişləri ölkədəki digər oxşar obyektlərə bənzədiyi üçün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün yeni raket bazası ola biləcəyi ehtimalını istisna etmirlər.
Bu arada, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu tikinti işlərinin qeyri-adi dərəcədə sürətlə davam etdiyini və "obyektin nüvə proqramı ilə əlaqəli olduğunu istisna etməyin mümkün olmadığını" bildirib.
İnstitutun ekspertləri İranın çox vaxt yüksək həssas nüvə obyektlərini dağların içərisində və ya dərin yeraltında yerləşdirdiyini qeyd edirlər: bu, Tehranın düşmənlərinin onları hədəf almasını çətinləşdirir və həmçinin obyektlərin konkret məqsədləri barədə kəşfiyyat məlumatlarını toplamağı çətinləşdirir. (Report)
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı














.jpg)
.webp)


.jpg)
















