Tanju Özcandan şok ittiham: FETÖ-çülər CHP-nin qərargahında dolaşır
Bizi izləyin

Region

Tanju Özcandan şok ittiham: FETÖ-çülər CHP-nin qərargahında dolaşır

Tanju Özcandan şok ittiham: FETÖ-çülər CHP-nin qərargahında dolaşır

Daha əvvəl verdiyi açıqlamalarla partiyası ilə arasında narazılıq yaradan Cümhuriyyət Xalq Partiyasının (CHP) Bolu Bələdiyyə sədri Tanju Özcan yenidən bəzi səs-küylü açıqlamalar verib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, “Qəti qovulma tələbi” ilə yüksək intizam heyətinə sövq edilən Özcan iştirak etdiyi televiziya proqramında Kamal Kılıçdaroğlunu hədəf alıb.

Seçkilərdən əvvəl partiya təşkilatının rəyinin soruşulmadığını ifadə edən Özcan bildirib ki, namizədimiz yanlış seçilib:

“Bu barədə heç kimə deyilməyib. O, "siyasi rüşvət" verərək, ümumi səslərin heç 1 faizini belə toplaya bilməyən liderlərə vitse-prezident və nazir postları verməklə özünü prezidentliyə namizəd elan edib. Birlikdə yola çıxıdığımız insanlar yanıldılar. Masanın düzülmə üsulu səhv olub. Masada əksik olanlar Türk millətçisi olduğumu söyləyən insanlardır.

Təəssüflə demək istəyirəm ki, biz FETÖ-çüləri yığmışıq. FETÖ-çülər qərargahın ətrafındadırlar. Məni ad çəkməyə məcbur etməyin. Onun ətrafına terrorçular toplaşıb. Ətrafında atatürkçü, vətənpərvər, dünyəvi insanlar əskikdir. Canan Kaftancığlu çıxıb “erməni soyqırımını tanıyıram” deyir. Sən nəyi tanıyırsan? O tarixi oxumusanmı?”

Özcan Kılıçdaroğlunun bəzi müşavirlərinin FETÖ ilə əlaqə səbəbiylə müxtəlif cəzalara məhkum edildiyini də xatırladıb:

"Kılıçdaroğlunun keçmiş baş məsləhətçilərindən biri olan Fatih Gürsula “FETÖ silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 6 il 3 ay, Murat Aksoy “terror təşkilatına bilərəkdən üzv olmaq” ittihamı ilə 2 il 1 ay, Koray Çalışkan isə "Fətullahçı terror təşkilatının təbliğatı" ittihamı ilə 1 il 6 ay 22 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Alpər Ketənin isə təşkilatın “ByLock” kommunikasiya proqramı vasitəsi ilə FETÖ rəhbərləri ilə əlaqə saxladığı, həbs qərarı çıxarıldıqdan sonra qeyri-qanuni olaraq xaricə qaçdığı məlum olub".

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm