Region
Türkiyədən əcnəbilərlə bağlı KRİTİK QƏRAR: İstanbulun bütün rayonlarında...
Türkiyə hakimiyyətinin qərarı ilə İstanbulun bütün rayonlarında əcnəbilərə yaşayış icazəsinin verilməsi dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
İlkin olaraq məhdudiyyət şəhərin 10 rayonu üçün qüvvədə olub. Mart ayında Türkiyə səlahiyyətliləri bu təcrübəni İstanbulun daha 39 rayonunda tətbiq edib. İndi əcnəbilərə "zəruri hallardan" başqa yaşayış icazəsi verilmir. Zəruri hallara həyat, sağlamlıq, təhsil və beynəlxalq ticarətdən irəli gələn hüquqların təhlükəsizliyi daxildir.
Bu qərar şəhərə miqrasiyanın artması ilə bağlıdır.
İstanbul Miqrasiya İdarəsinin məlumatına görə, hazırda şəhərdə 1,3 milyon əcnəbi yaşayır. Bu rəqəmə daşınmaz əmlak aldıqdan sonra vətəndaşlıq alanlar daxil deyil. Ümumilikdə əcnəbilər İstanbul əhalisinin 8%-ni təşkil edir.
Türkiyədə yaşamaq icazəsi əldə etmək üçün indi əhalinin seyrək məskunlaşdığı ərazilərdə 50.000 ABŞ dollarından, meqapolislərdə isə 75.000 ABŞ dollarından çox dəyəri olan daşınmaz əmlak almalısınız.
Hüseyn İbadlı
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi




























.jpg)










