Region
Türkiyə Ermənistanla sərhədləri açır? - Mirzoyan detalları açıqladı
09:06
Ankaradan qərar olmadığı üçün Ermənistan-Türkiyə sərhədi hələ də açılmır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında “Sputnik Ermənistan”ın sualını cavablandırarkən deyib .
Nazir qeyd edib ki, 2023-cü ilin oktyabrında Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə Marqara keçid məntəqəsinin açılması və sərhəddəki Ani körpüsünün bərpası ilə bağlı razılaşmalar təsdiqlənib.
“Amma gördüyünüz kimi, hələ də bu istiqamətdə ciddi addımlar, yekun nəticə yoxdur. Yəni sərhəd konkret qrup şəxslərə (üçüncü ölkə vətəndaşları və diplomatik pasportlu şəxslər - red.) açıq deyil", - Mirzoyan bildirib.
Onun sözlərinə görə, hər iki tərəf infrastrukturun, yolların, körpünün vəziyyətini öyrənib, amma bundan artıq heç nə baş verməyib.
Mirzoyan vurğulayıb ki, Ermənistan həm siyasi, həm də infrastruktur baxımından sərhədləri açmağa hazırdır.
“Lazım olan yeganə komponent Türkiyə tərəfinin onu açmaq qərarıdır”, - Ermənistan XİN rəhbəri qeyd edib.
Ani körpüsünə gəlincə, nazirin sözlərinə görə, burada müəyyən irəliləyiş var, Türkiyə tərəfi öz konsepsiyasını təqdim edib.
"Biz reaksiya verəcəyik və irəliləməyə davam edəcəyik", - Mirzoyan deyib.
Dekabrın əvvəlində Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi fəaliyyətə hazırdır. Qeyd olunub ki, Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözləyir.
Tural
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu


























