Müsəlman Liqası və Xalq Partiyası razılığa gəldi: Hökuməti formalaşdıracaqlar
Bizi izləyin

Region

Müsəlman Liqası və Xalq Partiyası razılığa gəldi: Hökuməti formalaşdıracaqlar

Pakistan Müsəlman Liqası və Pakistan Xalq Partiyası federal hökumətin formalaşdırılması ilə bağlı razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə Geo telekanalı PML-N sədri Şahbaz Şərif, PPP sədri Bilaval Bhutto-Zərdari və PPP parlament fraksiyasının rəhbəri Asif Əli Zərdari birgə mətbuat konfransına istinadən məlumat verib.

“PPP və PML-N indi Milli Assambleyada lazımi sayda mandatlara malikdir və biz növbəti hökuməti formalaşdıra bilirik”, - deyə kanal Bhutto-Zərdaridən sitat gətirib. Partiyalararası razılaşmalara əsasən, baş nazir postunu Şahbaz Şərif tutacaq, Asif Əli Zərdari isə Pakistan prezidenti olacaq.

Hakim koalisiyaya Pakistan Müsəlman Liqası, Müttəhidə Qaumi Hərəkatı və Pakistan Sabitlik Partiyası da daxil olacaq.

Seçki komissiyasının məlumatına görə, Pakistan Milli Assambleyasına keçirilən seçkilər çərçivəsində 266 seçki dairəsindən 265-də nəticələrə baxılıb. PML-N 75 seçki dairəsində, PPP 54-də qalib gəlib. 93-ü “Ədalət Uğrunda Hərəkat”ın üzvü olan namizədlər 101 seçki dairəsi üzrə mandat alıblar.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm