İrəvanda iki Türkiyə vətəndaşı həbs edildi: Onlara tələ quran erməni isə...
Bizi izləyin

Region

İrəvanda iki Türkiyə vətəndaşı həbs edildi: Onlara tələ quran erməni isə...

Ermənistan hüquq-mühafizə orqanları iki Türkiyə və bir Ermənistan vətəndaşını saxlayıb.

Publika.az xəbər veririk, bu barədə Milli Təhlükəsizlik Xidməti ilə birgə fəaliyyətin nəticələrinə əsasən İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Həbslər fevralın 20-də İrəvanın müxtəlif ünvanlarında olub.

Məlum olub ki, Türkiyə vətəndaşları İ.K. və E.Y. saxta sənədlərlə Baqrataşen keçid məntəqəsi vasitəsilə Gürcüstandan Ermənistana daxil olublar. Onlardan ən azı birinin ölkəyə qanunsuz daxil olmasına Ermənistan vətəndaşı A.M. şərait yaradıb.

Türkiyə vətəndaşları sənədləri saxtalaşdırmaq və sərhədi qanunsuz keçməkdə ittiham edilərək həbs ediliblər. Bu cinayətdə şərik olmaqda təqsirləndirilən A.M. yerini tərk etməməsi barədə yazılı iltizamla ev dustaqlığına buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm