Region
İranla Ermənistanın “nəhəng” layihəsi: 90 km yol çəkmək üçün...
Ermənistanda Şimal-Cənub magistralının İranla sərhədə gedən 90 kilometrlik hissəsinin tikinti layihəsi hazırdır.
Publika.az xəbər verir ki, Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən “Sputnik Ermənistan”a verilən yazılı sorğuya cavab olaraq bildiriblər ki, bir yerdə tikinti işlərinə başlanılıb, digər ikisində isə dövlət maliyyələşdirmə ilə bağlı danışıqlar aparır.
32 kilometrlik Aqarak-Kacaran yolunda (İran sərhədində) işlərə başlanılıb. Tikinti 2028-ci ilə qədər başa çatdırıla bilər. Podratçılar, iki İran şirkəti – “Abad Rahan Pars International Group” və “Tunnel Sadd Ariana” tikintidən əvvəl hazırlıq işləri aparır. Layihəyə 17 körpünün, 2 tunelin (ümumi uzunluğu 900 m) və 5 nəqliyyat qovşağının tikintisi daxildir.
60 kilometrlik Sisian-Kacaran magistralına və Kacaran tunelinə gəlincə, onlar üçün layihələr hazırdır və indi Ermənistan hakimiyyəti maliyyə vəsaiti axtarır.
Sisian-Kacaran Şimal-Cənub magistral yolu layihəsinin ən çətin hissəsi hesab olunur. Buraya 27 körpü (ümumi uzunluğu 4,7 km) və 9 tunel (ümumi uzunluğu 12,5 km) daxildir.
Ermənistan hökumətinin hazırda Şimal-Cənub layihəsinin vaxtı və yekun dəyəri ilə bağlı heç bir anlayışı yoxdur.
Xatırladaq ki, “Şimal-Cənub” müstəqil Ermənistanın tarixində ən böyük layihələrdən biri hesab olunur. Bu yol İrandan Gürcüstan sərhədinə qədər olan məsafəni 550-dən 460 km-ə qədər azaltmalı, təkcə Ermənistanın deyil, İranın, Hindistanın da Qara dənizə çıxışını asanlaşdırmalıdır.
Amma İranla Ermənistanın ideyası olan bu “nəhəng layihə”nin cəmisi 90 km-lik yolunu çəkmək üçün pul tapılmır. Nə Ermənistanda, nə də İranda.
Tural
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...
-
Dünya12:08ABŞ və Avropada əhali əmindir: Tezliklə 3-cü dünya müharibəsi başlayacaq - SORĞU
-
Nida Xəbər 11:50İlk dəfə quru yolu ilə Ermənistana gedən Azərbaycan nümayəndə heyətində kimlər var? - SİYAHI
-
İdman10:24Vinisiusun sevgilisi Braziliya karnavalını geyimi ilə fəth etdi - FOTOLAR
-
İdman09:48Ardanın keçmiş məşqçisindən şok açıqlama: Onu “Real”da kimlər sıxışdırır?
-
ABŞ09:12Səhiyyə nazirindən şok etiraf: Unitaz oturacağından kokain iyləmişəm
-
İKT09:00Məşhur "Apple" cihazları satışdan çıxarılır - Siyahı
-
Səhiyyə07:30Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir


























.jpg)








.jpg)




