Region
Putinin rəqibi Jirinovskinin əhdini pozdu - Birləşmək üçün hazırlıqlar başladı
Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) başqa strukturla birləşmək niyyətindədir.
Publika.az xəbər verir ki, “Vedomosti”nin partiyadakı mənbələri LDPR-nin sahibkar Konstantin Babkinin Biznes Partiyası ilə yaxınlaşan birləşməsindən yazıb. Bildirilir ki, bu məsələ may ayından əvvəl həll oluna bilər.
İnsayder məlumatlara görə, bu təşəbbüs partiya rəhbərliyindən gəlir. Təfərrüat hələ dəqiqləşdirilməyib. Qeyd olunur ki, partiya daha da inkişaf etmək üçün yollar axtarır və parlamentdənkənar birliyin ona daxil olması əlavə təkan verə bilər.
Xatırladaq ki, Rusiyada prezident seçkilərinin yekun nəticələrinə martın 21-də yekun vurulub. Vladimir Putin seçkilərdə rekord mütləq və nisbi səs toplayıb. LDPR-nin namizədi Leonid Slutski 3 faizdən bir qədər çox səslə sonuncu yeri tutub.
Eyni zamanda, Liberal Demokrat Partiyasının əvvəlki lideri Vladimir Jirinovskinin özü də dəfələrlə bildirib ki, partiya heç vaxt heç bir qurumla birləşməyəcək: “Zəiflər və bacarıqsızlar birləşir. Niyə biz öz səlahiyyətimizi və potensialımızı başqasına verməliyik?”. Mənbələrə görə, Jirinovskinin ideyalarının qoruyucusu Slutski, onun "tələbinə" xəyanət etmək qərarına gəlib.
Akqabay
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


