Region
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
Rusiyanın Təhsil və Elm Nazirliyi Puşkin adına Rus Dili İnstitutunun rektoru vəzifəsini icra edən Natalya Truxanovskayanın vəzifəsindən azad edilməsi barədə qərar verib.
Publika.az xəbər verir ki, bu vəzifəyə Nikita Qusev təyin edilib. O, Moskva Dövlət Universitetinin prorektoru vəzifəsində işləyib.
Nazirlik onun vəzifəsindən uzaqlaşdırılmasının səbəbini miqrantlar üçün imtahanların keçirilməsinə lazımi nəzağrətin olmaması ilə izah edib.
“Puşkin İnstitutunda aparılan yoxlama zamanı xarici dil kimi rus dilindən imtahanın keçirilməsi proseduruna, Rusiyanın tarixinə və qanunvericiliyin əsaslarına düzgün nəzarət edilməməsi faktları müəyyən edilib”, - nazirliyin mətbuat xidmətindən bildirilib.
Aprelin 16-da Rosobrnadzor beş ali məktəbə əcnəbilər üçün rus dilini bilmək üzrə imtahanların keçirilməsi və onlara sertifikatların verilməsi tələbinin pozulmasının yolverilməzliyi barədə xəbərdarlıq göndərib.
Rusiya mətbuatı həmçinin yazır ki, Truxanovskaya aparıcı linqvistik universitetlərdən birinin rektoru kimi dəfələrlə miqrantlar üçün rus dilinin keçməsi qaydalarının sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edərək mövcud mexanizmin korrupsiya risklərinə işarə edib.
Bundan əvvəl, aprelin 8-də Moskvada beş nəfə , o cümlədən İnstitutun əməkdaşları saxlanılmışdı. “Kommersant”ın məlumatına görə, onlar miqrantlara sertifikatları 5,9 min rubla satıblar.
Akqabay
-
Maraq dünyası04:44Bakıda turistlərin rəqsi gündəm oldu - VİDEO
-
Magazin204:14Timatinin keçmiş sevgilisi söz-söhbətə SON QOYDU - FOTO
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var
-
Səhiyyə4 Dekabr 21:48Tibb bacısı huşunu itirən xəstəni BELƏ SOYDU





































