MDB
Rusiyanın neft bazası vuruldu: Güclü yanğın başladı - VİDEO
Rusiyanın Krasnodar diyarının Tixoretsk rayonunda yerləşən neft bazası martın 12-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, neft bazasının ərazisində baş verən yanğının səbəbi PUA qalıqlarının düşməsi olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın ümumilikdə 150 kvadratmetr sahəni əhatə edib. Alovun söndürülməsi üçün 83 nəfər şəxsi heyət və 26 texnika cəlb olunub.
Şahidlərin paylaşdığı görüntülərə görə, yanğın yerli neft bazasındakı çənlərdə baş verib. Həmin obyekt “Tixoretsk-Neft” şirkətinə məxsus neft ötürmə məntəqəsinin bir hissəsidir.
Tixoretsk neft qovşağı Rusiyanın cənubunda ən iri neft ötürmə mərkəzlərindən biri hesab olunur. Obyekt “Transneft” strukturuna daxil olan “Tixoretsk-Neft” şirkəti tərəfindən idarə edilir və regionda mühüm neft bazası və terminal kimi fəaliyyət göstərir.
Adəm
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
