Dünya
İran bəhanəsi ilə Türkiyəyə qurulan tələ: Ankara Afinaya belə cavab verdi
1993-cü ildə Türkiyəni çəkindirmək üçün elan edilən Yunanıstan-Kipr "Birgə Müdafiə Doktrinası" İran böhranı bəhanəsi ilə yenidən aktivləşdirilib.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu çərçivədə Afina Cənubi Kipri İranın mümkün raket hücumlarından qorumaq bəhanəsi ilə bölgəyə iki freqat və dörd F-16 qırıcı təyyarəsi göndərib.
Buna cavab olaraq Türkiyə Şimali Kipr Türk Respublikasına (ŞKTR) altı F-16 qırıcı təyyarəsi yerləşdirib.
Bununla yanaşı Afina, qeyri-hərbi Kerpe adasında Patriot hava hücumundan müdafiə sistemləri yerləşdirib. Türkiyə Xarici İşlər Nazirliyi Afinanı sərt şəkildə tənqid edərək bu addımı "fürsətçilik" adlandırıb.
Afina həmçinin İran böhranını səbəb göstərərək Bolqarıstanın hava müdafiəsini "Patriot" sistemləri və F-16 təyyarələri ilə dəstəkləyəcəyini açıqlayıb. Patriot təyyarələrinin Yunanıstan-Bolqarıstan sərhədinə yerləşdirilməsi planlaşdırılsa da, Yunanıstan mətbuatı iki F-16 təyyarəsinin qeyri-hərbi Lemnos adasında yerləşdiriləcəyini bildirib.
Qeyd edək ki, martın 10-da Fransa Prezidenti Emmanuel Makron, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Kipr lideri Nikos Xristodulides Cənubi Kiprdə üçtərəfli görüş keçiriblər. Türkiyə mediasına görə, Paris hökuməti Afina və Nikosiya ilə qurduğu strateji xətt vasitəsilə Şərqi Aralıq dənizindəki təsirini artırmağa çalışır.
Roza
-
Dünya11:50Şok hesabat: ABŞ kəşfiyyatı İranla bağlı həqiqəti açıqladı
-
Region11:35İran rəsmən təsdiqlədi: Müctəba Xamenei yaralanıb
-
Rəsmi xronika11:03İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Kriminal10:44Gəncədə oğlu tərəfindən öldürülən vəzifəli şəxs imiş - TƏFƏRRÜAT/FOTO
-
Region10:28Ramzan Kadırov İrana qarşı çıxdı: Haqsızdır
-
Dünya10:06SEPAH elan etdi: “Həqiqi vəd-4” əməliyyatının 40-cı dalğası başladı
-
Sosial09:12“Dərdini danışmaq 12, ailə problemləri 25 manat...” – Bakıda qeyri-adi xidmət - VİDEO
-
Magazin108:24“Toppuş bacı”nın əri: Elə bir yerə çatmışam ki, heç nə kömək etmir - Foto



































