Kaladze Avropanı biabır etdi: Gedin ikinci cəbhəni Baltikyanı ölkələrdə açın
Bizi izləyin

Region

Kaladze Avropanı biabır etdi: Gedin ikinci cəbhəni Baltikyanı ölkələrdə açın

Tbilisi şəhərinin meri, hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze ölkəsində “xarici agentlər” haqqında qalmaqallı qanun layihəsinin qəbulu ilə bağlı səs-küylü hadisələri şərh edib.

Publika.az xəbər verir ki, ABŞ-ın başçılıq etdiyi Qərb ölkələri artıq Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsinin tərəfdarıdır.

“Əgər kimsə ikinci cəbhə açmaq istəyirsə, qoy Baltikyanı ölkələr ikinci cəbhə açsın. Gürcüstanı rahat buraxın. Biz müharibədən keçdik və müstəqillik və azadlıq əldə etmək üçün hər şeyi etdik.

Gürcüstan Sovet İttifaqı dağılanda ilk ölkə oldu ki, burada insanlar ayağa qalxıb, etməli olduqlarını etdilər, digər ölkələr də ayağa qalxdı və etməli olduqlarını etdi. Biz çoxlu müharibələrdən keçmişik, beynəlxalq missiyalarda iştirak etmişik, heç nədən geri çəkilməmişik, amma son günlərdə, aylarda gördüyümüz münasibət dostluq deyil, bu sağlam münasibət deyil və gürcü xalqı bütün bunları görür.

Siz Saakaşvilinin azad edilməsini tələb etmədinizmi və bizə demədini ki, Saakaşvilini azad etməsək, Avropa dəyərlərindən uzaqlaşacağıq? Budur demokratiya, bu avropalıqdır? Öz bəyanatlarınızla Avropanı və Avropanın gələcəyini ilk gözdən salan sizsiniz.

Bir neçə gün əvvəl başqa ölkələrin xarici işlər nazirləri hökumət əleyhinə mitinqə çıxanda bu normaldırmı? Bu özünə hörmətdirmi? Bu normal, inkişaf etmiş ölkədə baş versəydi, xarici işlər nazirinin başına nə gələcəkdi? Ölkənizdə müharibə aparın, öz ölkənizdə ikinci cəbhə təşkil edin və Gürcüstanı tərk edin. Bu gün bizə sülh və sülhməramlılıq lazımdır, bizə dostlar və tərəfdaşlar lazımdır, sağlam münasibətlər lazımdır. Gürcüstan buna hazırdır, amma indi bizim ölkədən kiminsə maraqları üçün istifadə olunması və Ukraynada baş verən situasiya heç bir nəticə verməyəcək, dostlar!

Bir daha təkrar edirəm, hamımız bunu görmüşük və müharibənin ölkəyə nə qədər bəla gətirə biləcəyini bilirik. Bu gün də biz bu yaraları sağalda bilməmişik və 2008-ci il müharibəsindən sonra hələ də bir çox problemlərlə üzləşirik. Artıq sizin narahatlığınıza, qəzəbinizə ehtiyacımız yoxdur. Biz təbii ki, ölkəmizi müdafiə edəcəyik və bu ölkənin mənafeyini müdafiə edəcəyik, amma hamı bilsin ki, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda biz dost olmağa, sağlam münasibətlərə və tərəfdaşlığa hazırıq. Bizə göstərin, bu istiqamətdə konkret addımlar atın”, – deyə Kaxa Kaladze bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm