Region
Ermənistan Avropa Birliyindən kömək istədi: Nə baş verir?
Ermənistan qarşıdan gələn seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün Avropa Birliyindən kömək istəyib.
Publika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin xarici işlər naziri Kaya Kallas bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı tezliklə seçkilər ərəfəsində Ermənistana kömək etmək üçün mümkün formatları müzakirə edəcək.
Şərh üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılsa da, hələlik cavab alınmayıb.
Qeyd edək ki, Avropa İttifaqı 2026-cı il parlament seçkilərindən əvvəl Ermənistana 12 milyon avro ayırmağa hazır olduğunu açıqlamışdı. Vəsaitlərin xarici məlumatların manipulyasiyası və müdaxiləsi ilə mübarizə, həmçinin kibertəhlükəsizliyin gücləndirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, yardımın məqsədi Ermənistan qurumlarının hibrid təhdidləri proqnozlaşdırmaq və onlara cavab vermək potensialını gücləndirməkdir.
Adəm
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































