Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır - Mirzoyan
Bizi izləyin

Region

Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır - Mirzoyan

İrəvan hesab edir ki, Ankara ilə diplomatik əlaqələr qurmağın, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün birgə sərhədin açılmasının vaxtı çatıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu barədə Tallində estoniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Məncə, Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkələrin vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması barədə razılaşmalarımız var. Onları yerlərdə həyata keçirmək vaxtı yetişib”, - deyə Mirzoyan əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm