Gürcüstan parlamenti daha bir qalmaqallı qanunu qəbul etdi
Bizi izləyin

Region

Gürcüstan parlamenti daha bir qalmaqallı qanunu qəbul etdi

Gürcüstan parlamenti LGBT icmasının təbliğatına qarşı yönəlmiş qanunlara dəyişikliklər paketini birinci oxunuşda qəbul edib.

Publika.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsinin qəbuluna dair səsvermədə müxalifət deputatları iştirak etməyiblər.

Parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib ki, sözügedən qanun layihəsinin məqsədi qadın və kişinin ailə birliyinə əsaslanan ailə dəyərlərinin möhkəmləndirilməsi, yetkinlik yaşına çatmayanların LGBT təbliğatından qorunması mexanizmləridir. O, əmin edib ki, qanun layihəsi paketi LGBT icması nümayəndələrinin hüquqlarını pozmağa yönəlməyib.

Müxalifət nümayəndələri isə qeyd ediblər ki, Gürcüstanda indiki mərhələdə LGBT icmasının təbliğatı ilə bağlı hakim “Gürcü Arzusu” Partiyasının fəaliyyəti tamamilə əhəmiyyətsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm