Ermənistan parlamenti yaxınlığında qarşıdurma: Vətəndaşlar vəhşicəsinə döyüldü – FOTO
Bizi izləyin

Region

Ermənistan parlamenti yaxınlığında qarşıdurma: Vətəndaşlar vəhşicəsinə döyüldü – FOTO

“Ayakve” ictimai-siyasi təşəbbüsü iyunun 12-də baş verən qarşıdurmalarla bağlı Ermənistan Baş Prokurorluğuna cinayət hesabatı təqdim edib.

Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluğun binası qarşısında jurnalistlərlə söhbətində “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan məlumat verib.

Çalabyan əmindir ki, burada təkcə polisin nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə etməsi və zorakılıq halları yox, həm də təhlükəsizlik qüvvələrinin rəhbərliyinin qəsdən törətdiyi təxribat olub.

"Polis tərəfindən nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə və zorakılıq halları ilə yanaşı dinc görüşü pozmaq, onun iğtişaşlara çevrilməsini təmin etmək, sonra isə onu yatırtmaq məqsədilə qəsdən təxribat törədib”, - deyə hesabatda bildirilir.

Onun sözlərinə görə, əvvəldən ərazidə polis qüvvələri olub, halbuki “Polis haqqında” qanun polis qüvvələrinin dinc toplantıların yaxınlığında olmasını qadağan edir.

Xatırladaq ki, iyunun 12-də polis İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi texnikadan, ondan çox səs-küylü qumbaraatanlardan istifadə edib. Nəticədə 17 polis əməkdaşı olmaqla 101 nəfər xəsarət alıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm