Region
Türkiyənin bu şəhərində xəzinə tapıldı
Türkiyə və ABŞ-dan olan beynəlxalq arxeoloqlar qrupu Türkiyə Respublikasının qərbində, qədim Yunanıstanın Notion şəhərində qazıntılar zamanı qızıl xəzinə tapıb.
Publika.az xəbər verir ki, xəzinələrin eramızdan əvvəl 5-ci əsrə aid olduğu ortaya çıxıb. Tədqiqat Miçiqan Universitetinin “Notion Archaeological Survey” (NAS) elmi jurnalında dərc olunub.
Alimlər qazıntıdan Fars İmperiyasında zərb edilən fars darikləri, qızıl sikkələrlə dolu qab aşkar ediblər. Tarixi mənbələrə görə, bir darik təxminən bir əsgərin bir aylıq maaşına bərabər idi. Arxeoloqlar tapılan darikilərin Notiondan təqribən 97 kilometr aralıda yerləşən Sardisdə buraxıldığına inanırlar.
Mütəxəssislər hesab edirlər ki, eramızdan əvvəl 430-427-ci illərdə, afinalılar Notionu farslardan geri aldıqda və fars hakimiyyətinin tərəfdarlarını şəhərdən qovduqda baş verən hadisələr səbəbindən xəzinə sahibsiz qala bilərdi.
Komanda həmçinin Notionda eramızdan əvvəl 5-ci əsrə aid çoxlu saxsı qab parçaları və digər artefaktlar aşkar edib.
Tural
-
Hadisə03:13
Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR
-
İdman02:42
“Barselona”dan fantastik geridönüş, “Liverpul” isə...
-
Sosial00:45
Aleksandr Kalyaninovun anasından TƏSİRLİ PAYLAŞIM - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yeni fürsətlər ortaya çıxa bilər
-
Hadisə21 Yanvar 23:12
Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ - ANBAAN GÖRÜNTÜLƏR
-
MDB21 Yanvar 22:24
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI
-
Region21 Yanvar 22:12
Türkiyədə partiya sədri HƏBS EDİLDİ
-
Səhiyyə21 Yanvar 21:30
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - RƏSMİ