Region
ABŞ 65-dən çox İran hərbi gəmisini batırıb - Şok rəqəmlər
ABŞ "Epik Qəzəb" (Epic Fury) əməliyyatı başlayandan bəri İranın 65-dən çox hərbi gəmisini batırıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a müsahibəsində məlumat verib.
"Biz onların 65-dən çox hərbi gəmisini batırmışıq, ölkə boyu 6 mindən çox hədəfi vurmuşuq", - deyə o bildirib.
Livitt həmçinin qeyd edib ki, Tehranın cavab raket atışlarının sayı 90% azalıb. Bununla yanaşı, İranın hücumlar üçün pilotsuz uçuş aparatlarından istifadə imkanı 95% aşağı düşüb.
Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Amerika lideri xalqa müraciətində ABŞ və İsrailin İrana endirdiyi zərbələri Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı "səbrin tükənməsi" ilə izah edib.
Daha sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"un efirində bəyan edib ki, ABŞ və İsraillə danışıqların ilk raundunda Tehran nümayəndələri 11 nüvə bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malik olduqlarını açıq şəkildə bildiriblər.
Hüseyn İbadlı
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi



































.jpg)
.jpg)