Region
Türkiyədə maskalı şəxslər polisə HÜCUM ETDİLƏR - Atışma gedir
Türkiyədə polis əməkdaşları naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, İstanbulun Bağçılar rayonunda maskalı şəxslər polisə molotof kokteyli və partlayıcı atıblar.
Belə ki, basqınçılar yolu zibil qabları ilə bağlayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməyə cəhd ediblər.
Hazırda küçədə atışma səsləri eşidilir.
Polis hücum edənlərin tutulması üçün əməliyyata başlayıb və polis helikopteri ərazinin üzərində səmada dövr edir. Yaranmış vəziyyətlə əlaqədar yerli sakinlərə evdə qalmaq və çölə çıxmamaq tövsiyə olunur. Ərazinin bəzi hissələri də təhlükəsizlik və araşdırma məqsədi ilə bağlanıb.
Hücum nəticəsində ölən və ya yaralananların sayı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur. İlkin məlumatlara görə, hücumun arxasında Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri dayana bilər.
Əlavə məlumat veriləcək.
Hüseyn İbadlı
-
Dünya22:44Bu ölkədə 7,2 bal gücündə zəlzələ oldu: 7 nəfər yaralandı - YENİLƏNDİ
-
İdman22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları
-
Avropa19:30Kir Starmer qadağaya məhəl qoymayıb "TikTok" hesabı açdı
-
Sosial19:00“Biləcəri" bazarında nöqsanlar aşkarlandı: yüksək riskli məhsullar... - FOTO












.jpg)






.jpg)









.jpg)







