Sosial
Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Starə Tariхazər Şabran rayonunun Əmirxanlı qəsəbəsi yaxınlığında, Dəvəçiçay çayının sahilində inkişaf etmiş sürüşmələr üzrə monitorinq aparıb.
İnstitutdan Publika.az-a verilən məlumata görə, sürüşmələr bir neçə yaşayış tikilisini dağıdıb, bir sıra evlər isə uçma təhlükəsi ilə üzləşib.
Aparılmış monitorinq nəticəsində müəyyən edilib ki, vadinin quruluş xüsusiyyətləri, sürüşmələrin yayılma spesifikliyi və inkişaf şəraiti bu proseslərin Dəvəçiçay çayının aşağı axınında hələ də davam etdiyini göstərir. Sürüşmə proseslərindən zədələnmiş sahələr çayın məcrası boyunca uzanaraq, bəzi yerlərdə onun subasar sahələrini və birinci terraslarını əhatə edir. Bu ərazilər yeraltı suların qalxması və daşqınlarla müşayiət olunan nəmlənməyə məruz qalır ki, bu da sürüşmə proseslərini daha da aktivləşdirir:
“Məlumdur ki, Dəvəçiçay vadisində sürüşmələrin aktivləşməsinin əsas səbəbləri təbii amillərlə bağlıdır. Bunlar atmosfer yağıntıları, çayın su sərfi və axın sürəti, zəif və dayanıqsız torpaqlar, onların yüksək rütubətliyi, suyu keçirməyən layların və elastik-plastik layların mövcudluğu, həmçinin torpağın kifayət qədər sıxlaşmaması, torpaqdakı çatlar, yamacların su axınları tərəfindən yuyulması və süni yaradılmış torpaq örtüyüdür. Bununla yanaşı, antropogen təsirlər texnogen yüklənmənin artdığı şəraitdə həlledici amilə çevrilir. Sürüşmələr həmçinin Dəvəçiçay üzərində yerləşən körpü keçidi sahəsində də müəyyən edilib.
Mümkün nəticələr arasında çay məcrasının qismən bağlanması da var ki, bu öz növbəsində yaxın ərazilərin su basmasına və yamacların deqradasiyasının sürətlənməsinə səbəb ola bilər. Nəticə etibarilə bu, əlavə yaşayış tikililərinin də dağılması ilə nəticələnəcək”, - məlumatda qeyd olunub.
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq




































