Region
Gürcüstanda yeni parlament işə başladı: Hökumət istefa verdi
Oktyabrın 26-da keçirilən seçkilərin yekunu üzrə formalaşan Gürcüstan parlamenti öz işinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, deputatlar, öz hüquqlarının tanınmasına səs verib və hökumət istefa verib. Respublikanın Baş naziri və bütün nazirlər yeni hökumətin təsdiqinə qədər səlahiyyətlərini icra edəcəklər.
“Gürcü arzusu” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili yeni seçilmiş parlamentdə deputat kürsüsünə oturub.
Gürcüstanın 11-ci çağırış parlamentinin bu gün, noyabrın 25-də keçirilən ilk iclasında o, baş nazir İrakli Kobaxidze və keçmiş baş nazir, indi isə partiyanın sədri İrakli Qaribaşvili ilə birinci sırada əyləşib.
Bundan əlavə, qanunverici orqanın ilk iclasında 88 deputat hakim komandanın nümayəndəsinin namizədliyinin lehinə səs verərək Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib.
Hazırda parlament binası yaxınlığında müxalifətin etiraz aksiyası davam edir. İştirakçılar oktyabrda keçirilən səsvermənin nəticələrinin saxtalaşdırıldığını nəzərə alaraq, yeni seçkilərin keçirilməsini tələb edirlər.
Hakim partiyanın deputatları güclü polis nəzarəti altında parlament binasına daxil olublar.
Xatırladaq ki, parlamentə daxil olan digər 4 müxalifət qüvvəsi mandatlarından imtina edib.
Adəm Abbaslı
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)
























