Region
Ərdoğan ABŞ dövlət katibini görün harada qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Esenboğa hava limanında ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Siyasətçilər cümə axşamı axşam saatlarında görüşüblər. Onları xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidan müşayiət edib.
XİN rəhbərindən əlavə görüşdə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Qəzet qeyd edib ki, rəsmilər qapalı iclasla bağlı əlavə məlumat verməyiblər.
ABŞ Dövlət Departamenti Blinkenin Türkiyə hakimiyyəti ilə Suriyadakı vəziyyəti və Qəzza zolağında mümkün atəşkəs razılaşmasını müzakirə edəcəyinə aydınlıq gətirib. Qeyd edilib ki, Ankarada tərəflər terrorizmlə mübarizədən tutmuş regional sabitliyə qədər ümumi prioritetlər üzrə cari ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəklər.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
Sosial10:09Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - YENİLƏNDİ
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
















.jpg)










.png)












