Region
AKP-da Öcalanın məktubuna REAKSİYA - “Biz nəticəyə baxacağıq”
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Efkan Ala hakim partiyadan ilk nümayəndə olaraq PKK terror təşkilatının ömürlük həbs cəzası çəkən başçısı Abdulla Öcalanın bu qanlı strukturun tərksilah olması ilə bağlı çağırışını şərh edib.
Publika.az xəbər verir ki, Efkan Ala Türkiyə hakimiyyətinin sözlərə deyil, faktlara inandığını bəyan edib. “Çağırışın mahiyyəti terror təşkilatının tərksilah olunması və özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”, - deyə hakim partiyanın sədr müavini söyləyib.
Onun sözlərinə görə, terrorçular həqiqətən də silahlarını yerə qoysalar, Türkiyə “terrorizm qandallarını üzərindən atacaq”.
Siyasətçi qeyd edib ki, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında ölkə rəhbərliyi terrorizm təhlükəsi mövzusunu ölkə gündəmindən çıxarmaq üçün lazım olan bütün tədbirləri görüb.
AKP nümayəndəsi terrorizmlə mübarizədə uğurlu addımlara diqqət çəkib. “Terror təşkilatlarına qarşı mübarizə aparmaqla terrorizmi məhv etmək hədəfinə nail olacağıq”, - deyə Ala əmin edib.
Bundan əvvəl DEM Parti müxalif partiyasının nümayəndə heyəti İmralı adasına səfər edərək PKK rəhbəri Abdulla Öcalanla görüşüb. Görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında DEM Parti partiyasının nümayəndələri PKK liderinin təşkilatın ləğv edilməsi və tərksilah olunması ilə bağlı bəyanatını səsləndiriblər.
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - Video
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər






























.png)


.jpg)




