Region
Ankarada QAPALI GÖRÜŞ - Ərdoğan Fələstin lideri ilə nələri müzakirə edib?
Fələstin Prezidenti Mahmud Abbas Türkiyəyə səfər edib.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri fəxri qonağı Prezident Sarayının giriş qapısında qarşılayıb. Daha sonra liderlər Türkiyə və Fələstin bayraqları önündə foto çəkdirdiblər.
Qeyd edilib ki, qarşılanmadan dərhal sonra mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər naziri Hakan Fidan da iştirak edib.
İlkin məlumata görə, liderlər İsrailin Fələstinə qarşı hücumları və regional məsələləri müzakirə ediblər.
R.T.Ərdoğan bildirib ki, İsrailin Qəzzadakı soyqırımı son quru hücumları ilə yeni mərhələyə keçib.
"İsrail yalnız Fələstini deyil, həm də regional sabitliyi təhdid edir, Qətərə yönəlmiş hücum da bunun göstəricisidir.
İsraili tənqid edən lider və fikir adamlarının sayı artır, İsrailə qarşı beynəlxalq təzyiqin gücləndirilməsi üçün səylər davam etdirilir və Türkiyə hər platformada Fələstinin haqq davasını və İsrailin təcavüzünü qətiyyətlə gündəmdə saxlayacaq".
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin prioriteti Qəzzada təcili atəşkəsin təmin olunması və bölgədəki humanitar faciənin aradan qaldırılmasıdır. O, İsrailin sülhü pozan davranışlarını hər fürsətdə ifşa etdiklərini, Türkiyənin BMT Baş Assambleyasında Fələstinin səsi olacağını bəyan edib.
Türkiyə lideri İslam dünyasının İsrail təhdidini dəf etmək üçün daha çox birlik və həmrəylik nümayiş etdirməsinin vacibliyini, Fələstində tam siyasi birliyin yaradılmasının bu səyləri gücləndirəcəyini, Türkiyənin də bu cəhdlərə dəstəyini davam etdirəcəyini söyləyib.
Sonda Prezident Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbasın şərəfinə axşam yeməyi verib.
Prezident Sarayında keçirilən ziyafət mətbuata qapalı olub.
Hüseyn İbadlı
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
ABŞ12:45Səfir Trampa sui-qəsd zamanı selfi çəkdi - FOTO
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş







































.png)