Region
İstanbuldan ÜZÜCÜ XƏBƏR - Ana və iki övladı...
İstanbulda yerləşən otellərdən biri hakimiyyət orqanları tərəfindən möhürlənib.
Publika.az xəbər verir ki, bu barədə yerli NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, otelin üç qonağı ehtimal olunan qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.
Mütəxəssislər həmçinin insanların dezinfeksiya işlərindən sonra otaqlarda qalmış zəhərli maddələrlə zəhərlənməsi versiyasını da araşdırırlar.
Həmin oteldən bir neçə xarici turist şəhər xəstəxanasına yerləşdirilib. Zəhərlənmədən sağ çıxanların vəziyyəti hazırda stabildir və həyatlarına təhlükə yoxdur, lakin təəssüf ki, hamını xilas etmək mümkün olmayıb. Otelin sahibi qonaqların narahat olmasına əsas olmadığını, vəziyyətin nəzarətdə saxlanıldığını israrla bildirir.
Yerini mediada yayılan məlumata görə, qonaqlar otelin foyesində olan su dispenserindən istifadə etdikləri su ilə zəhərlənmiş ola bilərlər. Lakin heç bir versiya hələlik təsdiqlənməyib. Üstəlik, oteldə mətbəx yoxdur, qonaqlara yalnız dispenserdən su təqdim olunur.
"Almaniyadan olan ana və iki övladının yaşadığı otel möhürlənib. Qonaqlar başqa otellərə yerləşdiriliblər Təəssüf ki, qeyd olunan ana və övladları dünyasını dəyişənlər arasındadır”, - yerli telekanal bildirib:
Bazar günü otelin daha bir qonağı xəstəxanaya yerləşdirilib. O, turistlərə müşayiətçi kimi gəlib. Hazırda həmin şəxsin vəziyyəti normaldır.
Kütləvi hospitalizasiyadan dərhal sonra polis əməkdaşları hadisə yerinə gəlib. Operativ qruplar yalnız bu gün bütün otaqlara baxışı yekunlaşdırıblar, həmçinin mütəxəssislər də cəlb olunub və bəzi otaqlardan götürülmüş əşyalar laboratoriya analizinə göndərilib.
Polis bildirib ki, hadisədən bir neçə gün əvvəl oteldə dezinfeksiya aparılıb, lakin yalnız sıfırıncı mərtəbədə. Güman edilir ki, kimyəvi maddələrin buxarları sonradan havalandırma sistemi ilə yuxarı mərtəbələrə qalxa bilər. Zərərçəkənlərin çoxu birinci mərtəbədə, bir neçəsi isə dördüncü mərtəbədə qalırdı.
Mütəxəssislər dezinfeksiya zamanı insan üçün təhlükəli, o cümlədən kənd təsərrüfatı pestisidlərinin istifadə olunduğundan şübhələnirlər. Ekspertlər tərəfindən götürülən nümunələr laboratoriyada analiz ediləcək”, - telekanal qeyd edib:
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı













.jpg)






















