Region
Türkiyədə zəhərlənən ailənin daha bir üzvü ÖLDÜ - Saxlanılanlar var
İstanbuldakı "Harbour Suites" otelində zəhərlənən ailənin dördüncü üzvü də dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə İstanbul Səhiyyə İdarəsinin müdiri Abdullah Güner bildirib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən ailənin atası Servet Böcek həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, 4 nəfərlik ailənin ölümü ilə bağlı aparılan istintaqda ilk həbs qərarı da verilib. Hadisə ilə əlaqədar midye, lokum, kokoreç satıcıları və kafe sahibi həbs olunub. Bundan başqa, otelin işçiləri və oteldə dezinfeksiya aparan şirkətin əməkdaşları da daxil olmaqla ümumilikdə 11 nəfər saxlanılıb.
Noyabrın 14-də İstanbulda Almaniya vətəndaşı olan 4 türk zəhərlənib. Məlum olub ki, tətil üçün Türkiyəyə gələn dörd nəfərlik ailə noyabrın 12-nə keçən gecə özlərini pis hiss etməyə başlayıb. Onlar qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıblar. Ana və iki övladının həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin küçə yeməklərindən və ya oteldə aparılan dezinfeksiya səbəbilə zəhərləndikləri ehtimal edilir.
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi










.jpg)
























