Region
İrəvan Moskvaya müraciət edəcək: Görün kimlərin ekstradisiyasını tələb edir
“1 Mart” işi üzrə Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan və “1 Mart” istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyan axtarışa verilib.
Publika.az xəbər verir ki, bunu noyabrın 18-də Ermənistan parlamentində “1 Mart” işinə yenidən baxılması" mövzusunda ictimai müzakirə zamanı Antikorrupsiya Komitəsinin sədri Artur Nahapetyan deyib.
Öz növbəsində baş prokuror Anna Vardapetyan bəyan edib ki, Ermənistan tezliklə Rusiyadan Gevork Kostanyanın ekstradisiyasını tezləşdirməyi xahiş edəcək. İrəvan Vaaqn Arutyunyanın ekstradisiyasını tələb etmək niyyətindədir. Hər iki keçmiş yüksək vəzifəli məmur “1 Mart” işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə, sübutları saxtalaşdırmaqda, istintaqı təhrif etməkdə ittiham olunur.
"Onların hər ikisi hazırda Rusiyadadır. Biz Rusiya ilə çoxtərəfli saziş - Kişinyov Konvensiyası əsasında işləyirik. Lakin Rusiya hələlik onların ekstradisiyasına razılıq verməyib. Ermənistan Baş Prokurorluğu yaxın vaxtlarda Rusiya Federasiyasına daha əvvəl rədd edilmiş vəsatətə yenidən baxılması tələbi ilə yenidən petisiya təqdim edəcək", - Vardayan bildirib.
Yada salaq ki, 2008-ci il martın 1-də İrəvanın mərkəzində iqtidarla müxalifət arasında baş verən qarşıdurma nəticəsində 8 nümayişçi və Daxili Qoşunların 2 hərbçisi həlak olub.
Tural
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi



































