Region
İrəvanda Rusiya bankından 1 milyon aparan şəxsin kimliyi bəlli oldu: Ölkədən qaçıb
Noyabrın 17-də İrəvanın Şinararneri küçəsində yerləşən “VTB Bank” filialına silahla basqın edən şəxsin kimliyi müəyyənləşib.
Publika.az xəbər verir ki, “Shamshyan.com” kriminal xəbər saytının məlumatına görə, hadisəni 32 yaşlı İrəvan sakini Hovhannes B. Törədib.
“Hovhannes B. əvvəllər bir neçə dəfə, o cümlədən oğurluğa görə məhkum edilib", - nəşr qeyd edir.
O da bildirilir ki, noyabrın 17-də Hovhannes B. Baqrataşen keçid məntəqəsindən keçərək Ermənistanı tərk edib.
Xatırladaq ki, noyabrın 17-də İrəvanda VTB-nin filialına silahlı basqın edilib. Bir kişi əlində "Pulu verməsəniz, 20 saniyəyə hər şeyi partladacağam" yazılmış lövhə tutaraq banka girib. Təcavüzkar 1 milyon dramdan çox pulu götürərək qaçıb.
Tural
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi



































