Region
Hakan Fidan Rusiyaya bu halda məlumat verəcək - DETALLAR
Türkiyənin xarici işlər naziri Hakan Fidan müsbət nəticə əldə olunarsa, Ukrayna lideri Volodimir Zelenski ilə noyabrın 19-na planlaşdırılan danışıqların nəticəsi barədə Rusiya tərəfini məlumatlandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcək.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan, məhbus mübadiləsi də daxil olmaqla, müsbət nəticə əldə olunarsa, danışıqların nəticələrini şəxsən Moskvaya bildirə bilər. Moskva görüşə heç kimi göndərmir", - Bloomberg mənbələrindən biri bildirib.
Ukrayna Prezidenti Voladimir Zelenski bildirib ki, Ukrayna sülh danışıqlarını intensivləşdirməyə hazırlaşır. O, bu məqsədlə Türkiyəyə səfər edir. ABŞ Prezidentinin elçisi Stiv Uitkoff da yoldadır. Kreml Rusiya tərəfinin bu danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. Üstəlik, Moskvaya prosesin bərpası ilə bağlı heç bir təklif daxil olmayıb.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi



































