Region
Bir dilim limona görə 900 dollar CƏRİMƏLƏNDİ
İstanbulda çayxana sahibi çayı ilə birlikdə bir dilim limonun pulunu da tələb etdiyi üçün 38 min türk lirəsi (təxminən 900 dollar) cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Bir neçə gün əvvəl bir çayxananın müştəriləri sosial şəbəkələrdə 2260 lirəlik (54 dollar) qəbz paylaşıblar. Qəbzdə əlavə limon dilimi üçün 10 lirə (0,2 dollar) ödəniş göstərilib. Halbuki, Türkiyənin kafe və restoranlarında limon adətən pulsuz verilir. Bundan başqa, bir çox məkanlarda bir neçə stəkan çayı da ödənişsiz almaq mümkündür.
Bundan sonra Ticarət Nazirliyi yoxlamaya başlayaraq Kuzquncuk rayonunda yerləşən çayxanada inspeksiya aparıb. Nəticədə qiymət cədvəli qaydalarında 12 pozuntu aşkarlanıb. Sahibkara cərimə tətbiq olunub. Həmçinin, o, son üç ay ərzində dörd növ içkinin satışına dair qəbzləri təqdim etməyə məcbur edilib.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi



































