Region
Fidandan SÜLH AÇIQLAMASI - “Məhz hazırkı mərhələdə...”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynadakı vəziyyətin dayanıqlı sülhün əldə olunmasına indiyədək ən yaxın mərhələdə olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Fidan Parisdə keçirilmiş “könüllülər koalisiyası"nın toplantısının yekunlarını şərh edərək, sammitin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Ukrayna münaqişəsi məhz hazırkı mərhələdə başa çatmağa ən yaxın durumdadır.
Türkiyənin XİN rəhbəri qeyd edib ki, mümkün sülh sazişinin bir sıra əsas aspektləri ətraflı şəkildə müzakirə olunub. Fidanın sözlərinə görə, sülh sazişi imzalanacağı təqdirdə, bu, təkcə Ukraynadakı münaqişənin sona çatmasına deyil, eyni zamanda Rusiya ilə Avropa ölkələri arasında uzunmüddətli sülhün əsas parametrlərinin müəyyənləşdirilməsinə səbəb olacaq.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts Ukraynada sülhün əldə olunmasının kompromislər tələb etdiyini bildirib.
Yanvarın 6-da Parisdə “könüllülər koalisiyası"nın sammiti keçirilib. Görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron münaqişə başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsinə dair bəyannamə imzalayıblar.
Daha əvvəl ABŞ-ın Prezidenti Donald Trampın xüsusi nümayəndəsi “könüllülər koalisiyası"nın toplantısında Ukrayna məsələsi üzrə “əhəmiyyətli irəliləyişin” əldə olunduğunu açıqlamışdı.
Hüseyn İbadlı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc











.png)


























