Dünya
Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
Yaponiya böyük zəlzələ, böhran ehtimallarına qarşı “ikinci paytaxt” planını qanuniləşdirib.
Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, bununla bağlı parlamentdə yeni qərar qəbul edilib.
Qanuna əsasən, Tokionun fəaliyyət göstərə bilmədiyi fövqəladə vəziyyətlərdə dövlət idarəçiliyinin fasiləsiz davam etməsi üçün ehtiyat hökumət mərkəzi yaradılacaq. Qanun layihəsi Müşavirlər Palatasında 123 lehinə, 121 əleyhinə səslə qəbul edilib.
Yeni tənzimləmə yalnız fəlakətlərə hazırlıq məqsədi daşımır. Hökumət əhali və iqtisadi fəaliyyətlərin Tokioda həddindən artıq cəmləşməsinin qarşısını almağı, ölkənin müxtəlif bölgələrində daha balanslı inkişafı təmin etməyi də hədəfləyir.
İkinci paytaxtın hansı şəhərdə yerləşəcəyi hələ müəyyən edilməyib. Lakin Osaka əsas namizəd kimi göstərilir. Osakanın namizədliyi ilə bağlı narahatlıqlar da var ki, bunlardan biri şəhərin Nankai çökəkliyi meqa-zəlzələsi risk zonasına daxil olmasıdır.
Müəllif: Roza
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































