Region
İranda etirazçılar bu şəhərləri tutublar? - Rəsmi açıqlama
İranın “Tasnim” və “Mehr” xəbər agentlikləri Qərb mediasının etirazçıların İlam əyalətindəki Malekşahi rayonunu və Abdanan şəhərini ələ keçirməsi barədə məlumatlarını təkzib ediblər.
Publika.az xəbər verir ki, daha əvvəl “Fox News” telekanalı etirazçıların Malekşahi və Abdanan şəhərlərini nəzarətə götürdüklərini bildirmişdi.
"Malekşahidə bir neçə saat gərginlik yaşandıqdan və silahlı şəxslərlə toqquşma zamanı təhlükəsizlik işçisinin ölümündən sonra, təhlükəsizlik qüvvələrinin rayonda olması sayəsində vəziyyət normallaşıb", - deyə “Tasnim” bildirib.
Qeyd olunur ki, separatçı qruplarla əlaqəli cinayətkarlar son iğtişaşlar zamanı öldürülən iki nəfərin dəfn mərasimində təxribat törədiblər.
Bir qrup şəxs həmçinin banklara hücum edərək sənədləri və avadanlıqları məhv edib, etirazçıları dağılışmağa çağıran hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.
“Mehr” öz növbəsində bildirir ki, Abdanan şəhərində polis nəzarəti altında keçirilən dinc toplantı yerli vaxtla təxminən saat 19:00-a qədər davam edib və bundan sonra iştirakçılar dağılışmağa başlayıblar. Lakin 250-300 nəfərlik bir qrup dağılışaraq şəhərin müxtəlif yerlərində vandalizm və yanğınlar törədib.
Agentliyin məlumatına görə, polis əməkdaşlarının işi sayəsində Abdananda asayiş bərpa olunub və vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyuta olan İran rialının devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemmati təyin edilib.
İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib və mövcud siyasi sistemə qarşı şüarlar səsləndirilib. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər olduğu bildirilir.
Tural
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?




































.jpg)




