Region
İranda qızlar məktəbində ölənlərin sayı 85-ə çatdı - Yeniləndi
İranın cənubunda yerləşən Minab dairəsində yerləşən qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Minab Prokurorluğuna istinadən məlumat yayıb.
xxx
18:48
İsrailin İranın cənubundakı Minab dairəsində yerləşəm qızlar üçün ibtidai məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı artır.
Publika.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi öz "Telegram" kanalında məlumat yayıb.
Minab prokuroru bildirib ki, həlak olanların sayı 63-ə çatıb. Onun sözlərinə görə, ölənlərin əksəriyyəti şagirdlərdir, lakin qurbanlar arasında müəllimlər və valideynlər də var. Daha 90-dan çox insan yaralanıb.
Bundan əvvəl dairə qubernatoru 51 şagirdin öldüyü və 60 nəfərin yaralandığı barədə məlumat vermişdi.
Fevralın 28-i səhər saatlarında İsrailin müdafiə naziri İsrael Kats İsrail ordusunun İrana preventiv zərbə endirdiyini bəyan edib. İsrail 12-ci televiziya kanalının məlumatına görə, hücumun hədəfi İran rəhbərliyinin bütün nümayəndələridir.
ABŞ da əməliyyatda iştirak edir. Prezident Donald Tramp xalqa müraciətində ABŞ və İsrailin İrana zərbələrini Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı "səbrin tükənməsi" ilə izah edib.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır







.jpg)







.jpg)






















