Region
SEPAH ABŞ bazalarına qarşı yeni hücum dalğası başlatdı
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni raket hücumları dalğasının başladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə ISNA məlmat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İranın strateji hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək üçün genişmiqyaslı əməliyyat keçirildiyi barədə məlumat yaymışdı. Hədəflərdən biri İranın qərbində, Kirmanşah bölgəsində yerləşdirilmiş müasir "SA-65" HHM sistemi olub.
İran ilə ABŞ arasında danışıqlar prosesi davam edərkən, İsrail və ABŞ səhər saatlarında İrana birgə hücumlar təşkil edib. İsrail Müdafiə Nazirliyi İrana qarşı preventiv hücum başlatdığını bəyan edib. ABŞ Prezidenti Donald Tramp da İrana yönəlik "böyük bir əməliyyat" başlatdıqlarını bəyan edib.
Hücumlar çərçivəsində paytaxt Tehran, İsfahan, Kərəc, Qum, Təbriz, Buşəhr, Kirmanşah və İlam şəhərləri hədəf alınıb. İsrail və İran hava məkanını bağlayarkən, İsrail daxilində fövqəladə vəziyyət elan edilib və sirenlər çalınıb.
İran ordusu ABŞ və İsrailin hücumlarına cavab olaraq, İsrailə onlarla ballistik raket və pilotsuz uçuş aparatları ilə qarşı zərbələr başlatdığını elan edib. İran raket hücumları ilə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniya kimi ölkələrdəki ABŞ bazalarını eyni vaxtda hədəf alıb; Bəhreyndəki ABŞ hərbi dəniz bazası və Qətərdə ABŞ-a məxsus erkən xəbərdarlıq radarı vurulub.
Hüseyn İbadlı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya” əxlaqsızsan” deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək












.jpg)
























