Region
İran Hörmüz boğazının bağlandığını elan etdi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hücumundan sonra Hörmüz boğazının bağlandığını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə briqada generalı İbrahim Cabari "Al-Mayadeen" telekanalına müsahibəsində bildirib.
Cabari Hörmüz boğazının qapadılması əməliyyatına SEPAH qüvvələrinin cəlb edildiyini bəyan edib.
"İrana qarşı təcavüzdən sonra Hörmüz boğazının bağlanması hazırda SEPAH qüvvələri tərəfindən həyata keçirilir", - deyə general qeyd edib.
Bundan əvvəl "Reuters" agentliyi məlumat vermişdi ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması radioəlaqə vasitəsilə Hörmüz boğazının gəmiçilik üçün bağlandığını bildirib.
Hörmüz boğazı vasitəsilə hər gün təxminən 17 milyon barel neft daşınır ki, bu da dünya istehlakının təxminən 30%-ni təşkil edir.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır







.jpg)







.jpg)






















