Region
İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başlatdı
İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başladıb.
Publika.az bu barədə "Mehr" Xəbər Agentliyinə istinadla xəbər verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə məlumat yayaraq növbəti hücum dalğasında hədəf alınacaq əsas obyektləri açıqlayıb. Məlumata görə, İsrailin Hayfa limanındakı bazası, Ramat-David şəhərindəki aviabaza, Beyt-Şəms hərbi-sənaye şəhərciyi və Aşdod hərbi sənaye mərkəzi hücumların əsas hədəfi olacaq.
Bundan əlavə, "Shahed" pilotsuz uçuş aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahına zərbələr endirib.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır







.jpg)







.jpg)






















