Region
Türkiyə İrana edilən hücumda iştirakını təkzib etdi
Türkiyə İran ərazisinə endirilən zərbələrə dəstək verməyib.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatına istinadla məlumat yayıb.
"Bəzi sosial şəbəkələrdə Türkiyənin İrana qarşı son hücumlara dəstək verməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiyadır", - deyə qurumun məlumatında bildirilir.
Dezinformasiya ilə Mübarizə Mərkəzi əlavə edib ki, Türkiyə özünün hava, quru və dəniz qüvvələrinin iştirak etmədiyi münaqişədə əməliyyat məqsədləri üçün istifadəsinə icazə verməyəcək.
Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata "Epik Qəzəb" adını verib. İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb, mülki əhali arasında itkilər var. Cavab olaraq İran İsraili və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını raket atəşinə tutur.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır







.jpg)







.jpg)






















