Region
İran Xameneiyə görə qisas alacağını vəd etdi
İran respublikanın ali dini rəhbəri Əli Xameneinin ölümünü cavabsız qoymayacaq.
Publika.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının "Telegram" kanalında dərc olunmuş bəyanatında deyilir.
"Bu böyük cinayət heç vaxt cavabsız qalmayacaq və islam, həmçinin şiə dünyasının tarixində yeni səhifə açacaq. Bu ali rütbəli seyidin pak qanı hiddətli gözlər tək qaynayacaq və Amerika-Sionist zülmünün, eləcə də cinayətkarlığının kökünü kəsəcək", - deyə məlumatda bildirilir.
Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata "Epik Qəzəb" adını verib. İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb, mülki əhali arasında itkilər var. Cavab olaraq İran İsraili və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını raket atəşinə tutur.
Martın 1-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp "tarixin ən şər adamlarından biri" olan Əli Xameneinin həlak olduğunu bəyan edib. Bununla belə, "Tasnim" agentliyi ali rəhbərin döyüş əməliyyatlarına əməliyyat qərargahından rəhbərlik etməyə davam etdiyini iddia edib.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata "Epik Qəzəb" adını verib. Nəticədə İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb. Həmçinin mülki əhali arasında itkilərin olduğu bildirilib. İDF-nin məlumatına görə, İrana endirilən zərbə İsrail Hərbi Hava Qüvvələri tarixinin ən genişmiqyaslı əməliyyatı olub.
Buna cavab olaraq İran qoşunları İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına raketlər və pilotsuz uçuş aparatları buraxıb. "Tasnim" agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrdə, o cümlədən BƏƏ-də ABŞ-ın ümumilikdə 14 bazası hücuma məruz qalıb.
Hüseyn İbadlı
-
Hadisə19:50Milli Yaylaq Festivalında səhnə aşdı - Xəsarət alanlar var(FOTOLAR)
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."







.jpg)












.jpg)













