Region
“Ən amansız” hücum əməliyyatı başlayacaq - SEPAH HƏDƏLƏDİ
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali rəhbər Ayətullah Əli Xameneinin ölümündən sonra İran Silahlı Qüvvələri tarixində "ən amansız" hücum əməliyyatının başladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə silahlı birləşmənin “Telegram” kanalında paylaşım edilib.
"İran İslam Respublikası silahlı qüvvələrinin tarixindəki ən amansız hücum əməliyyatı işğal olunmuş ərazilər və Amerika terrorçu bazaları istiqamətində istənilən an başlayacaq.
İran millətinin intiqam əli Xameneinin qatillərini ağır, qəti və peşmanedici şəkildə cəzalandırmaq üçün onların yaxasından əl çəkməyəcək.
İslam ümmətinin və dünya azadlıqsevərlərinin dəstəyi ilə bu böyük cinayətin icraçılarını və sifarişçilərini peşman edəcəyik", - məlumatda bildirilib.
Təşkilat ali dini liderin öldürülməsinin aşkar dini, əxlaqi, hüquqi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır







.jpg)







.jpg)






















