Region
İranın nüvə obyektində baş verən yanğının VİDEOSU YAYILDI
İranın İsfahan şəhərindəki nüvə obyektində baş vermiş yanğın lentə alənıb.
Publika.az xəbər verir ki, hadisəni əks etdirən videonu “Operatsiya Z: Voenkori Russkoy Vesni” “Telegram” kanalı yayımlayıb.
Ötən gün İranın İsfahandakı əsas nüvə obyektlərindən birinin hücum nəticəsində ciddi zədələndiyi bildirilirdi. Raket zərbəsi martın 7-də endirilib.
ISNA agentliyinin məlumatına görə, obyektin infrastrukturuna əhəmiyyətli ziyan dəyib, lakin hələlik radiasiya sızması və ya ərazinin radioaktiv çirklənməsinə dair heç bir sübut yoxdur. ABŞ və İsrailin əlində olan kəşfiyyat məlumatlarına əsasən, İranın nüvə materiallarının əsas ehtiyatları məhz İsfahanın altındakı yeraltı komplekslərdə cəmləşib. Onların qalan hissəsi isə Fordo və Natanzdakı möhkəmləndirilmiş anbarlar arasında bölüşdürülüb.
Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO











.jpg)























