Region
SEPAH-dan sonra onlar da Xameneiyə sədaqət andı içdi
Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Müctəba Xameneinin Ali Lider seçilməsini dəstəklədiyini açıqlayıb və ona sadiqlik andı içib.
Publika.az xəbər verir ki, indi isə İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneinin Ali Lider seçilməsi münasibətilə təbrikini çatdırıb və bunu bütün diplomatik korpus adından ifadə edib.
XİN başçısının rəsmi saytında yayımlanan müraciətdə bildirilir ki, yeni Ali Liderin seçilməsi ölkənin hazırkı təhlükəli vəziyyətində suverenliyin qorunmasını, ərazi bütövlüyünün təmin olunmasını və milli birliyin möhkəmlənməsini təmin edir.
Əraqçi həmçinin vurğulayıb ki, o və bütün diplomatlar İran xalqının hüquqlarını qorumaqdan və ölkənin milli maraqlarını beynəlxalq səviyyədə irəlilətməkdən heç vaxt imtina etməyəcəklər.
Bu addımlar İranın yeni Ali Lideri ətrafında həm hərbi, həm də diplomatik dəstəyin tam şəkildə ifadəsi kimi qiymətləndirilir.
Adəm
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO











.jpg)























