Region
İran hədəf siyahısında dəyişiklik etdi - Buna dözə bilirsinizsə, oyunu davam etdirin
İran ordusu xəbərdarlıq edib ki, ABŞ və İsrail ölkənin enerji infrastrukturuna zərbələri davam etdirərsə, İran da regiondakı neft obyektlərini hədəf ala bilər.
Publika.az xəbər verir ki, dövlət televiziyasına danışan İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Hatemul Enbiya" (Hatemün Nebiyyin) Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikari ABŞ və İsrailin İranın infrastrukturuna qarşı hücumlarını şərh edib.
Zülfikari bildirib ki, İslam ölkələrinin rəhbərlikləri müharibənin təsirlərinin daha geniş yayılmaması üçün ABŞ və İsraili “bu cür qorxaq və qeyri-insani addımlardan çəkinməyə” çağırmalıdır.
O, çıxışında əlavə edib: “Əks halda, bölgədə oxşar addımlar atılacaq və əgər neftin bir barelinin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”.
İranlı bir rəsmi isə bildirib ki, ölkə hədəf seçimi strategiyasını dəyişib və artıq yalnız ABŞ və İsrailə məxsus hərbi obyektlərlə kifayətlənməyəcək.
Rəsmiyə görə, İran bundan sonra ABŞ kapitallı obyektləri də potensial hədəf kimi nəzərdən keçirə bilər. Onun sözlərinə görə, bu qərar ABŞ və İsrail rəsmilərinin son açıqlamalarından sonra qəbul olunub və həmin ölkələrin birbaşa İran xalqını təhdid etməyə başladığı iddia edilir.(Marja)
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO











.jpg)























