Region
Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen bu gün Brüsseldə səfirlərin konfransında bildirib ki, "Orta Dəhliz" əvvəllər qeyri-sabit olan Cənubi Qafqaz regionunda ticarət və əməkdaşlığı normaya çevirəcək, region ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək.
Publika.az xəbər verir ki, qlobal layihələr və onların Avropa üçün əhəmiyyəti barədə danışan Avropa Komissiyasının rəhbəri Asiyadan Avropaya malların çatdırılma müddətini 30 gündən 15 günə endirəcək "Orta Dəhliz"dən bəhs edib.
Fon der Lyeyenin sözlərinə görə, "bu dəhliz həmçinin Cənubi Qafqazın keçmiş müharibə aparan ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək".
"İkinci Dünya Müharibəsindən sonra kömür və polad Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də dəyişkən bir bölgədə ticarət və əməkdaşlığı normaya çevirə və təkcə Avropaya deyil, həm də sülhə yol aça bilər", - deyə o vurğulayıb.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Aİ-nin bu bölgəyə, eləcə də Afrika və Yaxın Şərqə yatırdığı investisiyalar Avropa İttifaqına müsbət tərəfdaşlıqlar inkişaf etdirməyə imkan verir.
Tural
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto






.jpg)







.jpg)






















