Region
Pezeşkian Mirzoyanla görüşdə ABŞ-la danışıqları “mənasız” adlandırdı
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə energetika və regional infrastruktur sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Mirzoyan Pezeşkiana TRIPP (“Tramp marşrutu”) layihəsinin icrası barədə məlumat verib. Tərəflər, həmçinin regional sabitlik və təhlükəsizlik, eləcə də İrəvanda keçiriləcək COP-17 konfransında İranın yüksək səviyyədə iştirakı məsələlərini müzakirə ediblər.
Görüşdə İran-ABŞ münasibətlərinə də toxunulub. Pezeşkian Vaşinqtonla danışıqları “mənasız” adlandırıb.
Onun sözlərinə görə, ABŞ indiyədək danışıqlar zamanı üç dəfə İrana hücum edib: "Məqsədləri İran İslam Respublikası quruluşunu devirməkdir".
Qeyd edək ki, Mirzoyan İranda xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafla da görüşüb.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?








.jpg)








.jpg)



















